Tramp Çerçillin stulunda oturdu; ingilisləri daha da hiddətləndirdi
ABŞ prezidenti Donald Tramp ikinci dünya savaşı zamanı İngiltərənin baş naziri olmuş Vinston Çerçillin stulunda təkəbbürlü jest tutaraq, qalmaqal törədibdir. Bir sıra diplomatik səhvlərə görə Trampı tənqid edən tənqidçilər belə vurğulayıblar: O elə bir mövqedə deyildir ki, Çerçillin stulunda oturmaq istəmiş olsun.
Mirror qəzetinin yazdığına görə, ABŞ prezideni İngiltərəni təhqir edib, xüsusi əlaqələri zəiflədib və kraliçaya hörmətsizlik edibdir. İngiltərədə leyboristlər partiyasından olan qanunvericilərdən biri deyib: Çerçillin stulunda oturan Trampın təsvirini görmək nəinki Trampı Amerika tarixinin ən pis prezidenti bilən bir çox ingilis üçün həzmediləsi deyil, həm də ingilislər bu qənaətdədirlər ki, o, elə bir həddə deyildir ki, ölkəmizi zamanın ən qaranlıq kəsiyində xilas etmiş bizim mühaibə dövründəki rəhbərimizlə müqayisə edilmiş olsun.