Tramp geniş xalq etirazları arasında Helsinkiyə daxil olub
-
Tramp geniş xalq etirazları arasında Helsinkiyə daxil olub
ABŞ prezidenti yerli vaxtla dünən axşam finlandiyalıların geniş etirazları arasında bu ölkənin paytaxtı Helsinkiyə daxil olub.
Finlandiya xalqı Donald Trampın daxil olması ilə bir zamanda Helsinkinin müxtəlif məntəqələrinə toplaşaraq, ona və onun siyasətlərinə qarşı şüarlar verib.
Etirazçıların əllərində üzərlərində "Trampı qarşılamırıq!", "militarist yox, sülhyaradan olun!", "miqrantları qarşılayacağıq!", "insan haqlarını bir daha əzəmətli edək!" şüarları yazılmış plakatlar olub.
Finlandiya xalqı bu gün də Trampın bu ölkədə olmasına qarşı aksiya keçirəcək.
ABŞ prezidenti bu gün Helsinkidə Rusiya prezidenti ilə görüşməlidir.
Trampın Finlandiya paytaxtında olmasına qarşı geniş aksiyalar elə bir halda keçirilir ki, ötən bir neçə gün ərzində İngiltərənin paytaxtı London da bu ölkənin siyasi rəsmilərinin Amerika prezidentini qarşılamaları ilə bir zamanda Tramp əleyhinə geniş xalq etirazlarının şahidi idi.
Tramp ötən cümə axşamı günü İngiltərə xalqının geniş etirazları arasında dördgünlük səfər məqsədilə Londona daxil oldu.
Amerika prezidenti dünən axşam Londondan Helsinkiyə yollandı.