Kabildə terror hücumunda 7 nəfər öldürülüb
İyul 16, 2018 09:34 Asia/Baku
Əfqanıstanın paytaxtı Kabildə bu ölkənin kənd inkişafı nazirliyi işçilərinin bir ədəd avtomobilinə qarşı hücumda yeddi nəfər öldürülüb.
Kabil polis komandanlığının sözçüsü Heşmətullah Estankezi bildirib ki, dünən axşam Kabilin qərbindəki "Daruləman" məntəqəsində keçirilmiş bu hücumda daha on beş nəfər də yaralanıbdır.
Frans-Press bu hücumda ölənlərin sayını on nəfər elan edib. Ölənlər arasında iki Fransa vətəndaşı nəzərə çarpır.
İndiyədək bir şəxs və ya qrup bu hücumun məsuliyyətini qəbul etməyib, amma bir neçə həftə bundan öncə də kənd inkişafı nazirliyinin işçiləri terror hücumuna məruz qalmış və nəticədə on üç nəfər ölmüş, 31 nəfər də yaralanmışdı. Həmin hücumun məsuliyyətini İŞİD təkfirçi qrupu öz üzərinə götürmüşdü.