İyul 16, 2018 13:05 Asia/Baku
  • İŞİD Kabildəki hücumun məsuliyyətini üzərinə götürüb
    İŞİD Kabildəki hücumun məsuliyyətini üzərinə götürüb

İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə bu ölkənin kənd inkişafı nazirliyinin binasına qarşı hücumun məsuliyyətini üzərinə götürüb.

Kabil polis komandanlığının sözçüsü bildirib ki, bir terrorçu dünən Kabilin qərbindəki "Daruləman" məntəqəsində kənd inkişafı nazirliyi işçilərinin bir ədəd avtomobilini partlayış hədəfinə alıbdır.

Heşmətullah Estankezi əlavə edib ki, bu hücumda doqquz nəfər ölüb, on altı nəfər də yaralanıbdır.

Ölənlər arasında iki Fransa vətəndaşı var.

Bundan öncə, yəni ramazan ayında kənd inkişafı nazirliyinin işçiləri terror hücumuna məruz qalmış və nəticədə on üç nəfər ölmüş, 31 nəfər də yaralanmışdı. 

İŞİD terror qruplaşmasının Kabildə və Əfqanıstanın digər iri şəhərlərindəki hücumları elə bir halda artmaqdadır ki, Amerika və bəzi ərəb ölkələri Əfqanıstanda bu terror qruplaşmasına dəstək verməkdə ittiham olunurlar.

 

 

 

Teqlər