İyul 17, 2018 09:51 Asia/Baku
  • Gürcüstanda daş kömür mədənində qəza baş verib

İyulun 16-da Gürcüstanın Tkibuli bölgəsindəki Mindeli mədənində son altı ayda ikinci qəza baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyi xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, bir neçə şəxs yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb. Ərazidə xilasetmə tədbirləri davam etdirilir.

Faktla bağlı əmək təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması maddəsi ilə cinayət işi başlanılıb.

Gürcüstanın baş naziri Mamuka Baxtadze hadisənin ardınca bu gün ölkədə ümumi matəm elan edib.

Qeyd edək ki, 2018-ci ilin aprelində baş vermiş birinci qəzada 6 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdı.

Teqlər