Gürcüstan: Tiflisin yekun məqsədi NATO-da üzvlükdür
https://azeri.sahartv.ir/news/dünya-i317838-gürcüstan_tiflisin_yekun_məqsədi_nato_da_üzvlükdür
Gürcüstan parlamentinin sədri ölkəsinin yekun məqsədinin Şimali Atlantik Alyansı NATO-da üzvlük olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2018 04:49 Asia/Baku
  • Gürcüstan: Tiflisin yekun məqsədi NATO-da üzvlükdür

Gürcüstan parlamentinin sədri ölkəsinin yekun məqsədinin Şimali Atlantik Alyansı NATO-da üzvlük olduğunu bildirib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın NATO-ya üzvlüyü haqda açıqlamasına reaksiyada deyib: Gürcüstan dövlətinin yekun məqsədi NATO-da üzvlük və Avropa Birliyinə birləşmək prosesini irəlilətməkdir. 

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Helsinkidə görüşdən sonra Fox News televiziyasına müsahibədə deyib: Rusiya Gürcüstan və Ukraynanın NATO-da üzvlüyünə reaksiya verəcək. 

NATO baş katibi Yens Stoltenberq ötən həftə bu alyansı Brüsseldəki sammitinin kənarında Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında bu ölkənin NATO-ya üzvlüyünü qəti adlandırıb və deyib: Gürcüstan NATO-ya üzv olacaq.