İyul 19, 2018 14:28 Asia/Baku
  • Conson: Britaniyanın durumu fəlakətlidir

Britaniyanın sabiq xarici işlər naziri öz istefa nitqində Tereza Meyin siyasətlərini tənqid edərək onu yetərsiz baş nazir adlandırıb və deyib: Britaniyanın durumu fəlakətlidir.

İRNA-nın məlumatına görə, on gün öncə öz istefasını Britaniya baş nazirinə təqdim edən Boris Conson çərşənbə günü İcmalar Palatasında baş nazir Tereza Meyin Breqzit haqdakı yeni mövqeyini tənqid atəşinə tutub.

Conson çıxışında Avropa Birliyindən çıxmaq üzrə 40 milyard funkt-sterlinqin xərc və ya kompensasiya olaraq ödənilməsi, Avropa Birliyi Məhkəməsinin son qərarı verməsinin qəbul edilməsini, onun ticarət qaydaları sistemində qalmağı, daha önəmlisi Şimali və Cənubi İrlandiya arasında sərhəd məsələsinin siyasiləşməsini tənqid edib.

Boris Consonun bu tənqidləri Breqzitin icrası istiqamətində baş nazirin son təklifinədir. Bu təklif Çakers təklifi adlanır və bir çox mübahisələrə gətirib çıxarıb.

Çakers razılaşması Avropa Birliyi ilə müzakirələrin dalana dirənməsindən sonra Tereza Meyin başçılıq etdiyi Nazirlər Kabinetinin imzaladığı razılaşmadır. Bu razılaşmaya əsasən Britaniya Avropa Birliyindən tam şəkildə çıxdıqdan sonra bu birliklə yaxın ticarət əməkdaşlığı edəcək.

Xarici işlər naziri və Breqzit naziri Çakers razılaşmasının imzalanmasından sonra istefa veriblər.

Teqlər