İyul 20, 2018 09:09 Asia/Baku
  • İngiltərədə sudan istifadəyə məhdudiyyətlər tətbiq olunub
    İngiltərədə sudan istifadəyə məhdudiyyətlər tətbiq olunub

İngiltərədə avtomobili və mənzilin pəncərələrini yumaq üçün su şlanqından istifadə etmək qadağandır və 1000 funkt-sterlinq cəriməsi vardır.

İngiltərədə su ehtiyatlarının normal vəziyyətlə müqayisədə 17% azalması müxtəlif bölgələrin 9 milyon əhalisi üçün sudan istifadəyə məhdudiyyətlərin tətbiq olunması ilə nəticələnib. 

Hava temperaturunun yüksəlməsi və su istifadəsi İngiltərədə su şirkətlərinin ötən beş ildə ilk dəfə olaraq ölkənin şimal qərb bölgələrində bir neçə şəhərdə su şlanqından istifadə olunmasının qadağan edilməsi layihəsini tətbiq etmələrinə gətirib çıxarıb. İngiltərə Kütləvi İnformasiya Vasitələri Şimali İrlandiyadan əlavə, Mançester, Liverpul, Çeşayr, Kambriya, Mersisayd və Karlayl şəhərlərini avtomobil, mənzillərin qapı və pəncərələrinin yuyulması və bağçanın suvarılmasında şlanqdan istifadənin qadağan edildiyi şəhərlər adlandırıblar. Bu məhdudiyyətlərə etinasızlıq isə min funkt-sterlinq cərimə ilə nəticələnəcək. 

İngiltərədə mütəxəssislər bildiriblər ki, su şlanqından istifadə hər saatda 540 litr suyun istehlakına səbəb olur. Bu isə dördnəfərlik ailənin gündəlik istehsalına bərabərdir. 

Onlar proqnoz ediblər ki, su şlanqından istifadədə məhdudiyyətin yaradılması ilə su istehlakında 10% qənaət olunacaq. 

Teqlər