39 yəhudi qrupu sionist rejimə boykotu dəstəkləyib
Dünyanın müxtəlif ölkələrində yəhudi qrupları sionist rejimin boykot edilməsini dəstəkləyiblər.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, dünyada 39 yəhudi qrupu bir məktubu imzalayaraq sionist rejim əleyhinə sanksiya, boykotun tətbiq edilməsi və sərmayələrin çıxarılması hərəkatı BDS-ə dəstəyi elan ediblər.
Bu məktubu imzalayan yəhudi qrupları ABŞ, Britaniya, Kanada, İsveç, Almaniya və işğal olunmuş Fələstindəndirlər. bu məktubda bildirilib: Yəhudi əleyhinə düşmənçilik və ya təəssüb arasında fərq qoyulması, zülm və ədalətsizlik rejiminin tənqid edilməsi yolunda addım atmaq hər zamankından daha önəmlidir.
Bu məktubda əlavə olunub: İsraili tənqid və fələstinlilərin hüquqlarını müdafiə anti-semitizm hesab edilməməlidir. Çünki belə bir müqayisə fələstinlilərin azadlıq, ədalət, bərabərliyi əldə etmək üzrə mübarizəsi və anti-semitizm əleyhinə qlobal mübarizəni zəiflədir.
BDS Hərəkatı fəalları sionist rejimin boykot edilməsini, işğalçılığa son qoyulacaq və 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin təşkil olunacağı zamanadək investisiyaların çıxarılması, qəsəbələrin salınması və ərazilərin müsadirə olunmasının durdurulmasını tələb edirlər.
Boykot hərəkatı bir çox Avropa, Amerika, Latın Amerikası ölkələrində, xüsusilə də universitetlərdən fəaldır. Bu hərəkat bir çox qərb şirkətini qane edib ki, işğal olunmuş ərazilərdə sionist sakinli qəsəbələrdən öz investisiyalarını çıxarsın.