İyul 23, 2018 11:19 Asia/Baku
  • G-20 maliyyə nazirləri xəbərdarlıq etdi
    G-20 maliyyə nazirləri xəbərdarlıq etdi

20-lər qrupuna üzv ölkələrin maliyyə nazirləri geosiyasi gərginliklərin qlobal iqtisadi inkişaf prosesinə zərbə vurması haqda xəbərdarlıq ediblər.

20-lər qrupunun maliyyə nazirləri ötən gecə Argentinada iki günlük iclasın sonunda yekun bəyanatda xəbərdarlıq ediblər ki, geosiyasi gərginliklər qlobal iqtisadi inkişaf prosesinə zərbə vurur. 

Dünyanın ən böyük iqtisadiyyatına sahib ölkələrin maliyyə nazirlərinin iclasının yekun bəyanatında bildirilib ki, hazırkı durumda ötən bir dekadada dünyada işsizlik səviyyəsi minimum səviyyədədir. Lakin dünyanın bütün böyük iqtisadiyyatları arasında iqtisadi inkişaf tempi bərabər şəkildə deyil. 

Bu bəyanatda artmaqda olan maliyyə zərərlərinə toxunulub, bəzi inkişaf etmiş iqtisadiyyatlar arasında ticarət və geosiyasi gərginliklərin artması, qlobal tarazlığın olmaması, bərabərsizlik, zəif iqtisadi inkişaf diqqət mərkəzində durub: 20-lər qrupunun maliyyə nazirləri əməkdaşlıqların artırılması, təhlükələrin azaldılması və etimad prosesinin gücləndirilməsi məqsədilə müzakirələrin aparılmasını vurğulayırlar. 

20-lər qrupunun maliyyə nazirlərinin iclasının yekun bəyanatında ABŞ-ın gərginlik və ticarət çəkişmələri yaradan siyasətlərinə diqqət yetirilməməsi qəribə nüansdır. 

Buenos-Ayresdə G-20 qrupunun maliyyə nazirlərinin iclası dünyanın iki böyük iqtisadiyyatı ABŞ və Çin arasında ticarət ixtilaflarının zirvəyə çatdığı bir şəraitdə keçirildi. 

ABŞ prezidenti Donald Tramp cümə günü təhdid edib ki, Çindən ABŞ-a idxal olunan bütün məhsullara 500 milyard dollarlıq rüsum tətbiq edəcək. Sadəcə, Pekinin sənaye sektorunda güzəştlərin ödənməsi üzrə texnologiyanın nəqli siyasətləri və birgə müqavilələrdə əsaslı dəyişikliklər yaratması bu rüsumların tətbiq olunmasına mane ola bilər. 

Beynəlxalq Valyuta Fondunun baş direktoru Kristian Laqard bazar günü bu iclasın kənarında bildirmişdi ki, ABŞ-ın tariflər tətbiq etməklə bağlı son addımları ehtimal üzrə dünyanın daxili xammalını ən pis variantda yarım faizə qədər azaldacaq. 

Teqlər