İyul 23, 2018 12:09 Asia/Baku
  • Deputat intihar etdi - rüşvət ittihamına görə
    Deputat intihar etdi - rüşvət ittihamına görə

Rüşvət almaq ittihamı ilə dindirilən Cənubi Koreya parlamentinin deputatı rüşvət aldığını etiraf etdiyi məktubu yazdıqdan sonra intihar edib.

Fars xəbər agentliyinin SCMP qəzetinə istinadla verdiyi məlumata görə, Cənubi Koreyanın üç dövr deputatı seçilmiş Roh He Çan bir neçə önəmli siyasi şəxsiyyətlə əlaqədə olan güclü siyasi bloqqerdən 60 miln dollar rüşvət aldığına görə dindirilirdi. 

Bu bloqqer də ictimaiyyətin baxışını dəyişmək üçün proqramları bloklama proqramlarından qeyri-qanuni istifadəyə görə saxlanılıb. 

Roh He Çan intihar etməzdən öncə mənzildə qoyuduğu məktubda rüşvət aldığını etiraf edib, lakin bu məbləğ qarşısında hər hansı bir iş görmədiyini bildirib. 

Cənubi Koreya parlamenti deputatının cəsədi yaşadığı binanın önündə tapılıb, görünür özünü hündürlükdən atıb. 

Cənubi Koreyanın sabiq prezidenti Park Geun Hye də maliyyə korrupsiyası və rüşvət ittihamı ilə vəzifəsindən uzaqlaşdırılıb və həbsdədir. Bir neçə məhkəmə iclasından sonra o 32 il azadlıqdan məhrum edilib. 

Teqlər