Əfqanıstanın Qəzney vilayətində Taliblər 40-dan çox itki veriblər
İyul 25, 2018 09:38 Asia/Baku
Əfqanıstanın Qəzney vilayətində bir neçə şəhəridə təhlükəsizlik qüvvələri ilə Taliblər arasında gedən toqquşmalarda 44 yaraqlı öldürülüb.
İRİB-nin Kabildən verdiyi məlumata görə, Əfqanıstanın Qəzney vilayətinin polis rəisi Fərid Məşəl çərşənbə axşamı deyib: Qarabağ, Cəğtu, Xacə Əmr və bir sıra digər şəhərlərdə Taliblər ilə gedən döyüşlərdə 34 yaraqlı da yaralanıb.
Fərid Məşəl həmçinin, bu toqquşmalarda 2 polis əməkdaşının və Taliblərin 2 tanınmış komandanının öldüyünü də deyib.
Son zamanlar Taliblər və Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında gedən toqquşmalar xeyli intensivləşib.