Hindistanda leysan yağışları və sel nəticəsində onlarla nəfər həlak olub
İyul 28, 2018 17:55 Asia/Baku
Hindistanın Uttra-Pradeş əyalətinin təbii fəlakətlər ilə mübarizə təşkilatının sözçüsü bu əyalətin müxtəlif məntəqələrində leysan yağışları və sel nəticəsində 49 nəfərin həlak olmasından xəbər verib.
Hindistanın Uttra-Pradeş əyalətinin məsul şəxsləri dövlət rəsmilərindən istəyiblər ki, əhalini sel vurmuş və təhlükəli məntəqələrdən boşaltsınlar.
Ötən ay da leysan yağışları və sel səbəbindən Assam, Tripura və Manipur əyalətlərində 221 nəfər həlak olmuşdu.
Hindistanda musson yağışları hər il iyun ayının əvvəllərindən sentyabrın sonlarınadək bu ölkədə selə və yer sürüşməsinə səbəb olur.