Tramp miqrasiya qanunlarının daha da çətinləşdirilməsinə təkid edib
https://azeri.sahartv.ir/news/dünya-i318739-tramp_miqrasiya_qanunlarının_daha_da_çətinləşdirilməsinə_təkid_edib
Beynəlxalq müxalifətlərə rəğmən ABŞ prezidenti miqrasiya qanunlarının çətinləşdirilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2018 03:36 Asia/Baku
  • Tramp miqrasiya qanunlarının daha da çətinləşdirilməsinə təkid edib
    Tramp miqrasiya qanunlarının daha da çətinləşdirilməsinə təkid edib

Beynəlxalq müxalifətlərə rəğmən ABŞ prezidenti miqrasiya qanunlarının çətinləşdirilməsini vurğulayıb.

İRİB-nin verdiyi məlumata görə, Donald Tramp şənbə günü "Tvitter"də yazıb: "Biz bəzi müxalifətlərə əhəmiyyət verməyərək, viza və xarici ölkə vətəndaşlarının ölkədə uzun müddətli qalmasına icazə verən qanun boşluqları habelə, miqrasiya ilə bağlı digər qanun pozuntularına dair sərt qanunlar qəbul etməliyik. 

ABŞ prezidenti bütün bunları xarici ölkə vətəndaşları və immiqrantların yerli sakinləri təhdid etməsinə imkan verən boşulqlar adlandırıb. 

Tramp prezident seçildiyi zamandan immiqrantlara qarşı qanunları sərtləşdirib və miqrasiya ilə bağlı yeni qanunlar qəbul edib. 

ABŞ hökuməti 2018-ci ildə "sıfır tolerantlıq" siyasətini icra edərək, qanunsuz şəkildə Amerikaya daxil olan bütün mühacirləri məsuliyyətə cəlb etməyə başlayıb. 

Tramp hökuməti qanunsuz immiqrantlara qarşı "sıfır tolerantlıq" siyasəti çərçivəsində Meksika sərhədlərində 2 mindən çox uşağı ölkəyə qanunsuz şəkildə daxil olmaq istəyən valideynlərin əlindən alaraq, xüsusi düşərgələrə köçürüb. Bu məsələ həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi etirazlara səbəb olub.