Fransada sol cinah dövlətin impiçment edilməsinə dəstək verib
-
Fransada sol cinah dövlətin impiçment edilməsinə dəstək verib
Fransa dövlətinin sol cinahdan, o sıradan sosialistlər və kommunistlərdən olan müxalifləri dövlətin impiçment edilməsi barədə razılığa gəliblər.
Bir may- Beynəlxalq Əmək Günü yürüşü iştirakçılarından birinin Fransa prezidenti Emmanuel Makronun müşaviri Aleksandr ben Əla tərəfindən döyülməsi videosunun yayılmasının ardınca Fransa parlamentinin sol cinahdan olan nümayəndələri dövlətin impiçment edilməsini istəyiblər.
Üçtərəfli bir iclasda kommunist və sosialist partiyalarından olan nümayəndələr, həmçinin "Təslimolmaz" partiyası daxil olmaqla sair cinahlardan olan müxaliflər dövlətin impiçment edilməsi barədə razılığa gəliblər.
Dövlət müxalifləri Fransa dövlətinin hərəkətlərini tənqid edərək, Makronun səlahiyyətə malik olmadığını vurğulayıblar.
Aleksandr ben Əlanın mayın birində polis qüvvələrinin kənarında yürüş iştirakçılarına qarşı zorakılığının ifşa olunması Fransanın dövləti və prezidenti üçün böyük problemə çevrilibdir.
Makron son aylarda Fransa dövlətinin faydasızlığına təkid edən geniş xalq etirazları ilə üzləşibdir.