Trampın twitt-ləri Fox News-u da dilə gətirdi
-
Trampın twitt-ləri Fox News-u da dilə gətirdi
Trampa və respublikaçılara yaxın və ekstremist media olan Foks Nyus(Fox News) telekanalı ABŞ prezidentindən istəyibdir ki, öz twitt-lərinin deyiliş tərzini dəyişsin, yoxsa dünya problemlə üzləşər.
Foks Nyus telekanalının saytı bir reportajda yazıb: Amerika prezidenti Donald Tramp aqilanə rəftar edərək, twitt-lərinin deyiliş tərzini yumşaltmalıdır ki, digər ölkələrlə bağlı hərəkətləri çıxışlarından şiddətli olmuş olsun.
Foks Nyus Trampın Ukraynanı Rusiyaya qarşı silahlandırmaq, İrana qarşı sanksiya tətbiq etmək, nüvə anlaşmasından çıxmaq, Suriyanı bombalamaq, həmçinin Çin və Avropa İttifaqına qarşı gömrük rüsumları tətbiq etmək barədəki twitt-lərinə işarə edərək, yazıb: Trampın hamıya, daha çox hərbi qüdrətə malik olduğunu elan etməsinə və aşkar şəkildə ölkələri təhdid edərək, Vaşinqtonu onların Amerikanın və müttəfiqlərinin maraqlarına qarşı təhrik olmaları xətəri ilə üzləşdirməsinə ehtiyac yoxdur.
Foks Nyus bildirib: Trampın sərt ifadələri əks nəticə verə və onun əldə edəcəyinə ümid bəslədiyi şeylə təzadda olan təsir göstərə bilər.