Avq 01, 2018 08:30 Asia/Baku
  • İndoneziya İŞİD-lə əlaqədar ən böyük qrupu ləğv edib
    İndoneziya İŞİD-lə əlaqədar ən böyük qrupu ləğv edib

İndoneziyada bir məhkəmə çərşənbə axşamı günü İŞİD qrupuna bağlı Camaat Ən-Nəşrə Əd-Doulə adlı qrupu terror fəaliyyətləri göstərmək cinayəti ilə ləğv edib.

İRNA-nın məlumatına görə, Camaat Ən-Nəşrə Əd-Doulə qrupuna Əman Əbdürrəhman başçılıq edirdi. O ötən ay terror aktlarını təşkilatlandırdığına görə, edama məhkum edildi. 

Camaat Ən-Nəşrə Əd-Doulə qrupu terror fəaliyyətlərindən İndoneziyanın ikinci böyük şəhəri Surabayaya hücumları misal göstərmək olar. Həmin hücum may ayında bu şəhərdə üç kilsəyə qarşı həyata keçirilmişdi. 

Bu hücumlar nəticəsində 11 nəfər həlak olmuş, 40 nəfər yaralanmışdı. 

Teqlər