Moskva AB-nin yeni sanksiyalarına reaksiya verib
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi deyib: Avropa Birliyinin Rusiya şirkətləri əleyhinə sanksiyaları bir neçə Avropa şirkətinə sanksiyanın tətbiq olunması ilə nəticələnə bilər.
TASS İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə axşamı günü bildirib: Avropa Birliyinin Krım körpüsünün çəkilməsində iştirak edən Rusiya şirkətləri əleyhinə yeni sanksiyaları əslində bu yarımada sakinlərinə qarşı tətbiq olunan dağıdıcı siyasətdir.
Zaxarova deyib: Avropa Birliyi bu sanksiyalarla bir sıra şəxsləri yarımadanı enerji mühasirəsinə salmağa təşviq edib, bir sıra şəxsləri isə bu bölgə üçün sivil obyektləri yaratdığına görə, tənbeh edib.
Avropa Birliyi çərşənbə axşamı günü Rusiya və Krım yarımadası arasında körpünün çəkilməsində rolu olduğuna görə, 6 rus şirkətinə sanksiya tətbiq edib.
Rusiya Federasiya ŞUrasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabbarov da Avropa Birliyinin bu hərəkətinə reaksiyada deyib: Avropa Birliyi 6 rus şirkətinə sanksiya tətbiq etməklə öz imicini qorumağa çalışıb. Çünki bu birliyin başçıları Krım yarımadasının həmişəlik olaraq Rusiyaya qayıtdığını qəbul edə bilmirlər.
Cabbarov bildirib: Bu sanksiyaların heç bir vəchlə aydın perspektivi yoxdur və bir şirkət sanksiyalar siyahısına əlavə olunarsa, onun yerinə başqa bir şirkət yaranacaqdır.
2014-cü ildə Ukraynanın şərqində böhran və Krım yarımdasının Rusiyaya ilhaq olunması ilə əlaqədar Rusiya və qərb arasında gərginliklərin artması fonunda, Avropa Birliyi Rusiya əleyhinə sanksiyalar tətbiq edib. Bu sanksiyalar Moskvanın qarşılıqlı reaksiyasına səbəb olub.