Gürcüstanda NATO-nun transmilli manevrləri başlanıb
-
Gürcüstanda NATO-nun transmilli manevrləri başlanıb
Gürcüstan Müdafiə Nazirliyi Şimali Atlantik Alyansı NATO-nun "Layiqli Tərəfdaş 2018" hərbi təlimlərinin başlanmasından xəbər verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Gürcüstan Müdafiə Nazirliyi bildirib: 1 avqustdan dünyanın 13 ölkəsindən 3 mindən çox hərbi qüvvənin iştirakı ilə 15 gün müddətinə NATO-nun transmilli hərbi təlimləri başlanıb.
Bu hərbi təlimlərin keçirilməsində məqsədin Gürcüstan, ABŞ və başqa şərik ölkələrin qüvvələrinin müştərək fəaliyyəti, hərbi təlim səviyyəsinin yüksəldilməsi və hərbi məharətlərin yaxşılaşdırılması, eləcə də Qara dəniz bölgəsində təhlükəsizlik və stabilliyin qorunmasına öz töhfəsini vermək olduğu bildirilib. NATO-nun "Layiqli Tərəfdaş" hərbi təlimləri dördüncü ildir ki, Gürcüstanda keçirilir.
NATO baş katibi Yens Stoltenberq 19 iyulda bildirib: Bu alyansın Brüsseldə keçirilən son sammitində 29 ölkə təsdiqləyib ki, Gürcüstan NATO-ya üzv olsun. Qərb ölkələrinin Gürcüstanın NATO-ya qoşulmasına çalışması Rusiyanın qəzəbinə səbəb olub. Rusiya NATO-nun öz sərhədlərinə doğru genişlənməsini regiodna destabilliyin səbəbkarı hesab edir.