Trampın İrana qarşı təkrar hiyləgərliyi
-
Trampın İrana qarşı təkrar hiyləgərliyi
ABŞ prezidenti bir daha İran ilə əlaqələrin yaxşılaşdırılmasına hazır olmasına dair hiyləgər mövqeyini təkrarlayıb.
İRNA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp cümə axşamı bir daha İran ilə nüvə anlaşmasını tənqid edərək, nüvə anlaşmasından çıxmasına dair qərarında qətiyyətli olduğunu vurğulayıb. Tramp eyni zamanda ABŞ və İran arasındakı bütün məsələlərin yaxşı olacağına ümidvar olduğunu bildirib.
2018-ci ildə ABŞ Konqresinə dövrlərarası seçkilər məqsədilə təbliğat kampaniyası çərçivəsində Pelsinvaniya ştatında Uilks Bar şəhərində etdiyi çıxışında Birləşmiş Ştatları İran ilə dəhşətli, işə yaramaz və zərərli nüvə anlaşmasından xilas etdiyini deyib.
Tramp daha sonra iranlıların ötən 4 ay ilə müqayisədə daha fərqli olduqlarını iddia edib.
Tramp bir neçə gün öncə də bir mətbuat konfransında İran ilə heç bir ilkin şərt olmadan müzakirələrə hazır olduğunu demişdi.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Trampın bu açıqlamasına cavab olaraq deyib: İran ilə müzakirə təklifi ABŞ hökumətinin heç bir səbəb olmadan və beynəlxalq qanunlara zidd olaraq nüvə anlaşmasından çıxdığı və İrana qarşı ədalətsiz sanksiyaların tətbiq edildiyi bir şəraitdə irəli sürülüb.