Avq 04, 2018 08:59 Asia/Baku
  • İmam Zaman(əc) məscidi - Əfqanıstan
    İmam Zaman(əc) məscidi - Əfqanıstan

Əfqanıstanın Daxili İşlər Nazirliyi cümə günü axşam Pəktiya vilayətinin Qardez şəhərində İmam Zaman(əc) məscidinə edilən hücumda ölənlərin sayının 31 nəfərə çatdığını bildirib.

Əfqanıstanın Daxili İşlər Nazirliyi bu hücumda 81 nəfərin də yaralandığını bildirib. 

Cümə günü 2 terrorçu-kamikadze Qardez şəhərində İmam Zaman(əc) məscidinə daxil olduqdan sonra məsciddəki insanlara tərəf atəş açmağa başlayıb. Daha sonra üzərlərindəki partlayıcı qurğunu işə salıblar. 

Hadisədən bir saat sonra Taliblər qruplaşması bir bəyanat yayaraq, bu terror hücumunda əlinin olmadığını bildirib. 

Hələ ki, bu terror hücumunun məsuliyyətini hansısa tərəf üzərinə götürməyib. 

Rusiya prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Zamir Kabulov son zamanlar ABŞ və NATO-nun İŞİD terrorçularını Suriya və İraqdan Əfqanıstana köçürməsinə dair faktların olduğunu bildirmişdi.

ABŞ və müttəfiqləri 2001-ci ildə terrorizm ilə mübarizə bəhanəsi ilə Əfqanıstana qoşun yeridiblər. Amma, o zamandan bəri Əfqanıstanda gərginlik və terror hücumları daha da artıb. 

Bu arada İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Əfqanıstanın Qardez şəhərində törədilən terror aktını qınayıb. 

Bəhram Qasemi İmam Zaman(əc) məscidinə edilən terror hücumunda ölən və yaralananların ailələri habelə, Əfqanıstan dövləti və xalqına başsağlığı verərək, onların kədərini bölüşüb və deyib: Terrorizmi xaricdən Əfqanıstana idxal etməyə çalışanlar bu ölkədə gərginlik, ixtilaf və fitnə törətmək istəyirlər. Amma, heç şübhəsiz Əfqanıstan xalqı və dövlətinin ayıqlığı bu çirkin planı zərərsizləşdirəcək və bu cinayətkar əmələ görə məsuliyyət daşıyanlar bir gün cavab verməli olacaqlar. 

Teqlər