Ryabkov: Vaşinqtonun Rusiyaya təzyiq göstərmək üzrə səylərinin heç bir nəticəsi olmayacaq
Rusiya xarici işlər nazirinin müavini cümə günü axşam ABŞ-ın bir Rusiya bankına qarşı yeni sanksiyalarına reaksiya olaraq deyib: Vaşinqtonun Rusiyaya təzyiq göstərmək cəhdi təsirsizdir.
ABŞ-ın Maliyyə Departamenti cümə günü Rusiyanın Aqro Sayuz bankının adını sanksiyalar siyahısına daxil edib. Vaşinqton bu bankın Şimali Koreyanın silahlanma proqramı ilə əlaqəyə malik olmaqda ittiham edir.
İRİB-nin verdiyi məlumata görə, Sergey Ryabkov deyib: Hətta, Rusiyafobiyadan əziyyət çəkən amerikalı siyasətçilər belə Rusiyaya təzyiq göstərmək cəhdinin faydasız olduğunu etiraf ediblər.
ABŞ 2014-cü ildə Rusiyanı Ukrayna olaylarına müdaxilə etmək və Kiyev ilə müxalif olanları silahlandırmaqda ittiham edərək, Moskvaya qarşı iqtisadi və maliyyə sanksiyaları tətbiq etdi. Moskva da buna qarşılıqlı formada cavab verdi.
Rusiyanın Krım Yarımadasını özünə birləşdirməsi və 2016-cı ildə Amerikada keçirilən prezident seçkilərinə müdaxilə etməsi ittihamı Vaşinqton və Moskva arasındakı gərginliyin pik həddə çatmasına səbəb olub.