Avropa sabahdan ABŞ-a qarşı məhdudlaşdırıcı qanunları icraya qoyacaq
Avropa Birliyi bildirib ki, bu birliyin Amerikanın İrana qarşı sanksiyalarıi ilə mübarizə üzrə məhdudlaşdırıcı qanunları sabahdan icra ediləcək.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini bu gün Almaniya, Fransa və İngiltərə xarici işlər nazirləri ilə birgə bəyanatda Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının yenidən tətbiq edilməsindən təəssüflənərək, bildirib ki, Avropa Birliyinin sanksiyaya qarşı məhdudlaşdırıcı qanunlarının yenilənmiş variantı bu sanksiyalarla mübarizə üçün sabahdan icra olunacaq.
Avropa Birliyinin bəyanatında deyilir ki, bu birlik və İranla nüvə anlaşmasını imzalamış digər tərəflər İranda investisiya kanallarını açıq qoymağa çalışırlar.
Bu bəyanatda sonra deyilir: Nüvə anlaşmasında qalan tərəflər öhdəlik götürüblər ki, İranla təsirli maliyyə kanallarının qorunub saxlanılması və İranın neft və qazının ixracatının davam etməsi üçün səy göstərsinlər.
Bu bəyanata əsasən, nüvə məsələləri ilə bağlı sanksiyaların ləğvi İranla nüvə anlaşmasının vacib bölməsidir.
Amerikanın dövlət başçıları bildiriblər ki, İranın rəftarını dəyişmək məqsədilə nəzərdə tutulan sanksiyalar çərşənbə axşamı günü cərəyana düşəcək.
İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşması İran, Amerika, İngiltərə, Çin, Fransa, Almaniya və Rusiya arasında təqribən iki il davam edən sıx müzakirələrdən sonra 2015-ci ildə imzalandı.
Tramp mayın 8-də Vaşinqtonun nüvə anlaşmasından çıxdığını elan etdi.
Trampın bu hərəkəti nüvə anlaşmasını imzalamış digər tərəflər xüsusiyyət təşkil etməklə geniş beynəlxalq tənqidlərlə üzləşdi və bu ölkələr bildirdilər ki, nüvə anlaşmasına sadiq qalaraq, onu himayə edəcəklər.