Avq 09, 2018 14:12 Asia/Baku
  • Vaşinqton Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etdi
    Vaşinqton Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etdi

ABŞ-ın Dövlət Departamenti Britaniyanın "Rusiyafobiya" siyasətini himayə istiqamətində, keçmiş rus kəşfiyyatçı Sergey Skripalı kimyəvi qazla zəhərləməyə cəhd göstərmək ittihamı ilə Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edib.

Hazırda Britaniyanın Salzberi şəhərində  yaşayan Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Sergey Skripal 2018-ci iin martında qızı ilə birlikdə kimyəvi maddə ilə zəhərlənib.

Britaniya hökuməti bu sui-qəsdin arxasında Moskvanın durduğunu iddia edir. Amma, Rusiya bu ittihamı rədd edib. Buna baxmayaraq, Britaniya hökuməti 23 rus diplomatı ölkədən çıxardıb. Moskva da buna qarşılıqlı formada cavab verib.

Röyters-in məlumatına görə, ABŞ Dövlət Departamenti çərşənbə günü bir bəyanat yayaraq, bildirib: 22 avqust tarixində Rusiya əleyhinə yeni sanksiyalar tətbiq ediləcək.

Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko bir neçə gün öncə Sergey Skripalın işi ilə bağlı bütün sənədlərin məhv edilməsinə görə, hadisə ilə bağlı yenidən araşdırmanın aparılmasını imkansız adlandırıb.

Teqlər