Avq 09, 2018 19:26 Asia/Baku
  • Səudiyyə-Amerikan koalisiyasının növbəti cinayəti
    Səudiyyə-Amerikan koalisiyasının növbəti cinayəti

Səudiyyə-Amerikan koalisiyasının Yəmənin Əl-Hüdəydə şəhərinə olan son hücumuna reaksiyalar davam edir. Bu hücumda təcavüzkar koalisiya balıq bazarı və Əs-Surə xəstəxanasını bombalayaraq, yüzdən çox insanın ölməsi və yaralanmasına səbəb olub.

Yəmənin Əl-Hüdəydə vilayətinin Ət-Təhamə məntəqəsi sakinləri son dərəcə acınacaqlı bir vəziyyətin şahididirlər. Ət-Təhamə Səudiyyə-Amerikan koalisiyasının amansız və fasiləsiz hücumları altında əzilir. Məntəqə sakinlərinin durumu hər gün daha da ağırlaşır. Ərəbistanın məqsədi Yəmən xalqını xüsusilə də Əl-Hüdəydə sakinlərini öz amansız hücumları ilə təslim olmağa məcbur etməkdir. Səudiyyə-Amerikan koalisiyası ən son cinayətində Əl-Hüdəydə şəhərinin balıq bazarını və hər gün mindən artıq xəstə qəbul edən Əs-Surə xəstəxanasını hədəfə alaraq, yüzdən çox insanı şəhid edib.

“Ötən cümə axşamı bu xəstəxana raket hücumlarına məruz qaldı. Əl-Hüdəydə böyük bir faciənin şahidi oldu. Sadəcə Əl-Hüdəydə deyil, qonşu vilayətlərin sakinləri də bu xəstəxananın xidmətlərindən faydalanırdılar. Əs-Surə xəstəxanasında 4 qonşu vilayətdən gələn xəstələrə də xidmətlər göstərilirdi”.

Bu amansız cinayət Səudiyyə koalisiyasının son zamanlar cəbhə xəttində xüsusilə qərb sahilində ardıcıl məğlubiyyətlər ilə üzləşməsinin ardınca törədilib. Onlar, bu məğlubiyyətin intiqamını isə günahsız sivil əhalini qırğın etmək və əhaliyə xidmət göstərən mərkəzləri bombalamaqla almaq istəyirlər.

Onlar heç vaxt Yəmən xalqını təslim olmağa məcbur edə bilməzlər. Bu, Yəmən xalqının şüarıdır.

“Nə Allah, nə də onun rəsulu bu cinayətlərdən razı deyil. Bu tam bir alçaqlıqdır. Bu cinayətin qurbanlarının hamısı günahsız mülki əhalidir."

“Allahın təcavüzkarlardan intiqam alacağına inanırıq. Allah təcavüzkarların cinayətlərini cavabsız qoymayacaq.

 

Teqlər