Moskva: ABŞ öz maliyyə problemlərini həll etmək üçün başqalarını sanksiya edir
https://azeri.sahartv.ir/news/dünya-i319729-moskva_abŞ_öz_maliyyə_problemlərini_həll_etmək_üçün_başqalarını_sanksiya_edir
Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, Birləşmiş Ştatlar öz maliyyə problemlərinə və resurs çatışmazlıqlarına cavab vermək üçün digər ölkələrə qarşı birtərəfli sanksiyalara əl atır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2018 15:42 Asia/Baku
  • Moskva: ABŞ öz maliyyə problemlərini həll etmək üçün başqalarını sanksiya edir

Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, Birləşmiş Ştatlar öz maliyyə problemlərinə və resurs çatışmazlıqlarına cavab vermək üçün digər ölkələrə qarşı birtərəfli sanksiyalara əl atır.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova əlavə edib: Amerika öz daxili problemlərini cavablandırmaq üçün yetərincə ehtiyatlara malik deyil; bu üzdən, ekspansianizm, həmçinin siyasi, iqtisadi və maliyyə təcavüzləri üçün başqa ölkələrin sanksiya edilmələrinə üz tutubdur.

Zaxarova qeyd edib ki, sanksiyalardan əldə olunan mənbələr Amerikanın daxili böhranlardan çıxmasına xərclənir. O, əlavə edib: Amerika yeni sanksiyalar tətbiq etməklə Rusiya ilə əlaqələrdəki çıxılmazlığın davam etməsinə səbəb olur.