Venesuela vətəndaşları Maduroya qarşı terror cəhdini pisləyiblər
Venesuela vətəndaşları sülhə dəstək və bu ölkə prezidentinə qarşı uğursuz terror cəhdinin pislənilməsi istiqamətində aksiya keçiriblər.
TeleSur xəbər telekanalının məlumatına görə, yüzlərlə Venesuela vətəndaşı bazar ertəsi günü küçələrə axışaraq prezident Nikolas Maduro, onun sülh, müstəqillik və milli hakimiyyətin qorunması üzrə səylərini dəstəkləyib.
Onlar həmçinin Maduronu terror etmək istəyən şəxslərin müəyyənləşdirilərək cəzalandırılmasını tələb ediblər.
Madruo bazar günü 5 avqustda paytaxt Karakasda Venesuela hərbçilərinin paradında çıxışı zamanı uğursuz terror cəhdi ilə üzləşib.
Maduro ABŞ və Kolumbiya hökumətləri, bu ölkələrin Venesuelada dəstəklədiyi sağçıları bu terror cəhdinin səbəbkarı adlandırıb.
Venesuela Daxili İşlər Nazirliyi Maduroya qarşı sui-qəsd planında şübhəli bilinənlərin sayının 25 nəfər olduğunu bildirib.