Avq 16, 2018 09:32 Asia/Baku
  • Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri ABŞ-ı tənqid edib

Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri ölkəsinin hazırkı problemlərini ABŞ-ın İslamabad qarşısında düşmənçilik siyasətlərinin nəticəsi adlandırıb.

İRNA-nın məlumatına görə, Abdulla Hüseyn Harun çərşənbə günü Karaçi şəhərində jurnalistlərə müsahibədə deyib: ABŞ-ın Pakistanla davranışı sədaqətli deyil və Vaşinqtonun İslamabadı problemlə üzləşdirmək niyyətində olduğu nəzərə çarpır. 

Abdulla Hüseyn Harun əlavə edib: Hal-hazırda Pakistan hökuməti ABŞ-ın asılılığından çıxmalı, özünə arxalanmalı, qonşularl, həmçinin müsəlman ölkələri ilə münasibətlərini artırmalıdır. 

Pakistan və ABŞ arasında münasibətlər son bir il ərzində gərginliklə üzləşib. 

Teqlər