Avq 16, 2018 19:14 Asia/Baku
  • İŞİD Kabil teraktının məsuliyyətini üzərinə götürüb

İŞİD terror qruplaşması ötən gün Əfqanıstan paytaxtı Kabilin şiə sakinli məhəlləsində törədilən terror aktının məsuliyyətini üzərinə götürüb.

Röytersin məlumatına görə, ötən gün bir kamikadze terrorçu Kabilin qərbində Dəşte Bərçi məhəlləsində təhsil müəssisəsində üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə 34 əfqan sivil həlak olub və onlarla nəfər yaralanıb. 

Bundan öncə əfqan dairələr partlayışda həlak olanların sayını 48 nəfər elan etmişdilər. 

Teqlər