Avq 17, 2018 18:55 Asia/Baku
  • Dresdendə Merkelə qarşı asksiya
    Dresdendə Merkelə qarşı asksiya

Almaniyanın Dresden şəhərində bir qrup ifratçı sağçı kansler Angela Merkelin bu şəhərə səfəri ilə eyni zamanda aksiya keçirərək Merkelin istefasını tələb edib.

Spotnikin verdiyi məlumata görə, aksiya ifratçı Pegida hərəkatının çağırışı ilə baş tutub. Həmin hərəkat Merlelin 2015-ci il bir milyon miqrantın qəbul edilməsi qərarını qınayanlar sırasındadır. 

aksiyaçılar Merkel itin şüarları səsləndiriblər. 

Almaniya son vaxtlar İspaniya ilə bir razılaşma imzalayıb və bu əsasda ilkin qeydiyyatdan keçmiş miqrantlar qaytarılmalıdır. 

Almaniya kansleri bu qərara qtirazların ardınca bu məsələni araşdıracağını və Avropaya geniş mühacirətin əsas səbəbləri ilə mübarizə aparacağını vəd etmişdi. 

Merkelin getdiyi Saksoni vilayətində gələn il sentyabrda vilayət üzrə parlament seçkiləri keçiriləcək. 

Miqrasiya siyasətləri barədə fikir ixtilafları Almaniyada siyasi partiyalar arasında ən əsas ixtilaflar sırasındadır. 

Teqlər