Avq 18, 2018 12:38 Asia/Baku
  • Hindistanın cənubunda sel hadisəsinin törətdiyi tələfat artıb
    Hindistanın cənubunda sel hadisəsinin törətdiyi tələfat artıb

Hindistanın cənubundakı Kerala əyalətində baş verən sel hadisəsində həyatını itirinlərin sayı 320 nəfərə çatıb.

Hind mənbələr bundan öncə bu hadisədə həyatını itirinlərin sayını 86 nəfər elan etmişdi.

Kerala əyalətində Musson yağışları və sel hadisəsi 220 min nəfəri evsiz-eşiksiz qoyubdur.

Kerala əyalətində leysan yağışları və sel, yer sürüşməsinə, evlər və körpülərin dağılmasına, həmçinin hava və dəmir yolu xidmətlərində pozuntunun yaranmasına səbəb olubdur.

Hindistan ordusunun dəniz qoşunları və quru qoşunlarının bölmələri və yardımçıları sutkalıq şəkildə seldə problemlə üzləşən insanları təhlükəsiz nöqtələrə köçürməyə çalışırlar.

Hindistanın baş naziri Narendra Mudi seldən zərərcəkənlərə yardım üçün Keralaya daha çox qüvvə və yardımçının göndərilməsinə təkid edib.

Hər il Hindistanda musson yağışları yüzlərlə nəfərin həyatına son qoyur. Musson yağışları fəsli iyun ayından başlayaraq, sentyabradək davam edir.

 

Teqlər