Avq 18, 2018 15:25 Asia/Baku
  • Putinin reytinqi artıb
    Putinin reytinqi artıb

Ən yeni rəy sorğusunun nəticələri göstərir ki, Rusiya xalqının üçdə iki hissəsi Vladimir Putinin prezidentlik vəzifəsindəki fəaliyyətindən razıdır.

Avqustun birinci yarısında Rusiyanın müxtəlif məntəqələrində aparılmış bu rəy sorğusunun nəticələrinə görə, bu ölkə vətəndaşlarının 63 faizindən çoxu Rusiya prezidentinin fəaliyyətindən razılıq ifadə edib. Putinin iyul ayındakı reytinqinin miqdarı 62 faizdən çox olub.

Respondentlərin 37 faizi də Rusiyanın nazirlər kabinetinin fəaliyyətindən razılıq edib.

Eyni zamanda, hakim partiya olan "Vahid Rusiya" partiyası da 35 fais səslə Rusiya xalqının nəzərində ən reytinqli siyasi partiyadır.

Teqlər