Avq 19, 2018 18:36 Asia/Baku
  • Yəməndə savaş
    Yəməndə savaş

Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə olan hücumlarının artmasına baxmayaraq, Yəmən ordusu və xalq qüvvələri savaş meydanında təşəbbüsü ələ alaraq, müxtəlif məntəqələrdə təcavüzkarlara ağır zərbələr endiriblər.

Yəmənin qərb sahilləri boyunca gızğın döyüşlər gedir. Yəmən ordusu və xalq qüvvələri Əl-Hüdəydə vilayətində yerləşən Əl-Cah məntəqəsində işğalçı qüvvələrin mövqelərinə hücum edərək, təhlükəsizliyə nəzarəti təmin etməyi bacarıblar. Bu əməliyyatla işğalçı qüvvələrin Durəyhimi məntəqəsinə doğru irəliləyişi də önlənilib. Yəmənin Müdafiə Nazirliyi bu əməliyyatda 140 təcavüzkar qüvvənin məhv edildiyini 236 nəfərin isə yaralandığını bildirib.  Həmçinin, onlara məxsus 15 hərbi maşın da məhv edilib. Ərəbistan qırıcılarının döyüş meydanından qaçmağa çalışan muzdluları hədəfə alması ilə daha 40 təcvüzkar qüvvə həlak olub.

Yəmənli döyüşçülərdən biri deyir: “Uuşaq öldürməyi özünə peşə edən Allah düşmənləri bilsin ki, biz qələbə çalana kimi mübarizə aparacaq və ya bu yolda şəhid olacağıq.”

Yəmənli analitik isə bu barədə deyir: “Muzdluların daxil olduqları şəhər və qəsəbələr vəhşilik, adam oğurluğu, qətl və qarətə məruz qalır. İnsanlar heç bir səbəb olmadan qətlə yetirilir. Buna görə də yerli sakinlər muzdlularla savaşda ordu qüvvələrini himayə edirlər.”

Bu arada Əl-Qaidənin Məarib vilayətindəki dəstə başçısı Qalib əl-Zaidi Sərvah məntəqəsində gedən döyüşlərdə öldürülüb. Həmçinin, ordu və xalq qüvvələri Sənanın şərqində  yerləşən Nəhəm məntəqəsində muzdlu qüvvələrin mövqelərinə hücum ediblər. Bəyza vilayətində də ordu qüvvələri Qaniyə məntəqəsində muzdlu qüvvələri mühasirəyə alaraq, onların mövqelərini ağır artilleriya ilə hədəfə alıb. Nəticədə bir qrup muzdlu ölüb və yaralanıb.

Yəmənli hərbçilərdən biri deyir: “Təcavüzkar Səudiyyə qüvvələri öz əməllərinin cəzası ilə üzləşiblər. Biz Allahın köməkliyi ilə onları cəzalandırdıq və sağ qalanları da qaçmağa məcbur oldu.”

Yəmənli analitik isə deyir: “Bir neçə il davam edən təcavüzlərdən aydın olur ki, Səudiyyə rejimi Əl-Qaidə və İŞİD terror qrupları ilə tam ahəngdarlığa malikdir və təcavüzkar ölkələr terrorçuları himayə edirlər.”

Yəmən ordusunun raket bölməsi də Ərəbistanın daxilində muzdlu qüvvələrin toplaşdığı məkanı bir ədəd ballistik raket ilə hədəfə alıb. Yəmənin müftisi Şəmsəddin Şərəfəddin də Ərəbistanın yəmənlilərdən həcc səfəri üçün daha çox pul tələb etməsini Səudiyyə rejiminin aşkar düşmənçilik nişanəsi adlandırıb və bu hərəkəti qınayıb.  

 

Teqlər