Avq 21, 2018 09:21 Asia/Baku
  • Çeçenistanda terror aktı; İŞİD ünsürləri bir polis məmurunu öldürüblər
    Çeçenistanda terror aktı; İŞİD ünsürləri bir polis məmurunu öldürüblər

İŞİD terror qruplaşması bazar ertəsi gecə Rusiyanın Çeçenistan Muxtar Respublikasında polis qüvvələrinə bir neçə hücumun məsuliyyətini üzərinə götürüb.

Fars Xəbər Agentliyinin məlumatına görə, terrorçular bazar ertəsi paytaxt Qroznida polis şöbəsinə hücum ediblər. Nəticədə bir polis məmuru ölüb, iki məmur və bir sivil yaralanıb. 

İŞİD ünsürləri bazar ertəsi günü həmçinin bu respublikanın şimalında bir polis mərkəzinə hücum ediblər.

Çeçenistan Muxtar Respublikası Daxili İşlər Nazirliyi bildirib: Bu hücumda iki polis məmuru yaralanıb. 

Bazar ertəsi günü respublikanın Mesker Yurt kəndində polis məntəqəsinə kamikadez hücumu olub. Lakin kamikadze üzərindəki partlayıcı qurğunu işə sala bilməyib. 

Son aylarda Rusiyanın müxtəlif bölgələri bir neçə terror aktının şahidi olmuşdur. 

Teqlər