ABŞ-ın sabiq rəsmiləri Trampa qarşı birləşir
https://azeri.sahartv.ir/news/dünya-i320420-abŞ_ın_sabiq_rəsmiləri_trampa_qarşı_birləşir
ABŞ-ın sabiq rəsmiləri bir bəyanatda Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəisi Con Brennanın təhlükəsizlik səlahiyyətinin ləğv edilməsini tənqid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2018 04:51 Asia/Baku
  • ABŞ-ın sabiq rəsmiləri Trampa qarşı birləşir
    ABŞ-ın sabiq rəsmiləri Trampa qarşı birləşir

ABŞ-ın sabiq rəsmiləri bir bəyanatda Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəisi Con Brennanın təhlükəsizlik səlahiyyətinin ləğv edilməsini tənqid ediblər.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, bu bəyanatı ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin sabiq 175-dən çox rəsmisi imzalayıb. 

Bu bəyanatı imzalayan məşhur şəxslər arasında Uilyam Burns, Vendi Şerman, Toni Blinken, Nikolas Burns və Tomas Pikerinqin adına rast gəlmək olur. 

Finlandiyada Rusiya prezidenti Vladimir Putinlə son görüşdə Trampın hərəkətini tənqid edən və Trampın sözlərini xəyanətkar adlandıran Brennan bildirib ki, təhlükəsizlik səlahiyyətinin ləğv olunduğuna görə, ondan şikayət edəcək. 

MKİ-nin sabiq şefi deyib ki, bu işi başqa rəsmilərin təhlükəsizlik səlahiyyətindən məhrum olmasının qarşısını almaq üçün edir.