Rusiya ABŞ-ın yeni sanksiyalarına reaksiya verəcəyini bildirib
Rusiya xarici işlər nazirinin müavini deyib: Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab verəcək.
İRNA-nın verdiyi məlumata görə, Sergey Ryabkov bir bəyanatda Amerikanın saxta bəhanələrlə Rusiyaya qarşı sanksiyalarına toxunaraq deyib: Bu sanksiyaların tətbiqi üçün yeç bir məntiqli dəlil təqdim olunmayıb və bunlar sadəcə əsassız böhtanlardır.
Rusiya XİN rəsmisi deyib: Amerika anti-Rusiya siyasətini Təhlükəsizlik Şurasındakı müvafiq komitə vasitəsi ilə irəli aparır və sanksya siyahısını böyütməyə israrlıdır ancaq bu hərəkətdə uğursuz qalacaq.
Sergey Ryabkov xatırladıb ki, Rusiya Amerikanın qarşılıqlı və beynəlxalq məsələlərə kobud və düşmən münasibətini sakitliklə, tədbirli təşəbbüslərlə cavablandıracaq.
Amerikanın Xəzinədarlıq Nazirliyi dünən Rusiya bayrağını daşıyan 6 gəmi, 2 həqiqi şəxs və 4 rus şirkətinə qarşı yeni sanksiyalar tətbiq etdi.