Parisin qərbində biçaqla hücum
-
Parisin qərbində biçaqla hücum
Parisin qərbində bir şəxs biçaqla piyadalara hücum edib nəticədə bir nəfər ölüb və iki nəfər yaralanıb.
Spotnikin verdiyi məlumata görə, Hücum Parisin qərbində Trep ərazisində baş verib. yaralıların durumunun ağır olduğu bildirilir.
Bu məlumata görə, Fransa polis qaynaqları ilk öncə bildirmişdilər ki, təhlükəsizlik qüvvələri hücumçu şəxsi saxlayıblar ancaq informasiya qaynaqları həmin şəxsin polis tərəfindən güllələnərək öldürüldüyünü bildirirlər.
Bəzi xəbər mənbələri bildiriblər ki, terrorçu İŞİD qrupu Paris hücumunun məsuliyyətini öz üzərinə götürüb.
Bu gün həmçinin Belçikanın şərqində Moresent bölgəsində əlində biçaq olan bir şəxs restorana hücum edərək bir nəfəri qətlə yetirib.
Avropa ölkələrində küt alətlərlə hücumların sayı artmaqdadır və bu təhlükəsizlik probleminə çevrilməkdədir.