Avq 23, 2018 21:30 Asia/Baku
  • Nansi Plosi
    Nansi Plosi

ABŞ konqresi nümayəndələr palatasının demokrat azlığının rəhbəri deyib: ABŞ prezidenti ilə hesab çürütməyin vaxtı gəlib çatıb.

AP-nin verdiyi məlumata görə, ABŞ konqresi nümayəndələr palatasının demokrat azlığının rəhbəri Nansi Plosi dünən San-Fransiskoda bir mərasimdə etdiyi çıxışında deyib ki, onun qənaətincə çərşənbə axşamı günü ABŞ prezidenti Donald Tramp barədə deyilənlər ona qarşı ittihamın irəli surulməsi anlamına gəlir. 

Donald Trampın keçmiş vəkili Kohen Nyu-Yorkda bir məhkəmədə ona qarşı 8 ittihama etiraf etdi ancaq onun etirafları göstərir ki, törətdiyi cinayətlərin ən azı ikisi birbaşa Trampın göstərişi ilə həyata keçib. Porno aktrisasına və porno modelə Tramp ilə gizli əlaqələri barədə susmaları üçün bac verilməsi bu qəbildəndir. 

Kohen bu etiraf və ifşaçılığı ilə əlaqədar bir daha məhkəməyə çağırılıb.

Baş verən son hadisələrlə Tramp hər zamandan daha çox demokratların impiçment cəhdləri ilə qarşı-qarşıyadır.

Teqlər