Lavrov: Rusiya ilə Türkiyə arasında ticarət mübadilələri 40 faiz artıb
-
Lavrov: Rusiya ilə Türkiyə arasında ticarət mübadilələri 40 faiz artıb
Rusiyanın xarici işlər naziri dünən Moskvada türkiyəli həmkarı ilə görüşündən sonra müxbirlərə deyib: Ötən milad ilində Rusiya ilə Türkiyə arasında ticarət mübadilələrinin həcmi 40 faiz artıb.
İRNA-nın verdiyi məlumata görə, Sergey Lavrov Türkiyənin Rusiyanın ən əsas ticarət və iqtisadi ortaqlarından biri olduğunu xatırladaraq deyib: Moskva Türkiyə ilə xüsusiylə enerji sahəsindəki müştərək layihələrin icrasını müsbət qiymətləndirir.
Rusiyanın XİN başçısı "Türk axını" adlı qaz kəməri layihəsinə toxunaraq deyib: Bu layihə iki ölkə və Avropanın enerji təhlükəsizliyi üçün strateji önəmə malikdir.
Lavrov həmçinin Rusiyanın RusAtom şirkətinin iştirakı ilə inşa edilməkdə olan Türkiyənin Ak Kuyu Atom Elektrik Stansiyası layihəsini iki ölkə üçün önəmli adlandırıb.
Rusiyanın XİN başçısı ölkəsinin Türkiyə ilə metalürgiya, avtomobilqayırma, kənd təsərrüfatı, bank və texniki-hərbi sahələrdə əməkdaşlıqların da genişləndirilməsini vacib hesab edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Xülusi Akar və İstixbarat Təşkilatının rəhbəri Hakan Fidandan ibarət yüksək səviyyəli heyəti Rusiya rəhbərləri ilə danışıqlar aparmaq üçün Moskvada səfərdədir.