Avq 25, 2018 12:52 Asia/Baku
  • Amerika yəmənlilərin qırğınında səudiyyəlilərlə əlbir olub
    Amerika yəmənlilərin qırğınında səudiyyəlilərlə əlbir olub

ABŞ-ın yanacaq çatdıran təyyarələrinin Yəmən sahillərində Səudiyyə qırıcılarına yanacaq çatdırdıqlarını göstərən video, yəmənli rəsmilərin bu ölkəyə qarşı müharibədə Amerikanın da iştirak etməsinə dair bəyanatlarını təsdiqləyir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalissiyanın Yəmənə qarşı başlatdığı müharibədən 3 il ötür. Bu müddətdə Yəmən ordusu və Ənsarullah Hərəkatının başçıları dəfələrlə bildiriblər ki, Amerika və sionist rejim qüvvələri də bu müharibədə və Yəmən xalqına qarşı qırğınlarda iştirak edirlər. 

Livanın Əl-Əlamül-Hərbi qrupu dünən gecə bir video yayıb. Həmin videoda bir ədəd amerikan yanacaq çatdıran təyyarə yəmən sahilləri yaxınlığında qırmızı dəniz sularında Səudiyyə qırıcılarına yanacaq vurur. 

CNN telekanalı Səudiyyə koalissiyasının ötən avqustda yəmənli məktəblilərə qarşı hücumundan sonra bir reportajda  bildirdi ki, bu hücumda istifadə olunan bomba 227 kq çəkiyə malik olub, o MK82 adlanaraq Amerikanın Lakhid Martin şirkətinin istehsalıdır. 

Səudiyyə koalissiyası avqustun 9-da Sədə vilayətində məktəbliləri daşıyan bir ədəd avtobusa hücum edərək 55 uşağı qırğın etdi və 70 nəfəri yaraladı.

Səudiyyə qırıcıları 23 avqustda da Əddorəyhəmi şəhərində uşaq və qadınları daşıyan avtomobili hədəfə alaraq 27 uşaq və 4 qadını qanına qəltan etdi. 

Son bir ay ərzində Yəmənin Əl-Hödəydə limanını işğal etmək üçün əməliyyat qərargahından  yayılan video görüntülər göstərir ki, Səudiyyə və BƏƏ-nin müştərək əməliyyat qərargahları amerikan zabitlər tərəfindən idarə olunur.

Teqlər