Rusiya müxalifətinin lideri həbs olunub
https://azeri.sahartv.ir/news/dünya-i320859-rusiya_müxalifətinin_lideri_həbs_olunub
Rusiya dövləti müxaliflərinin lideri Aleksey Navalnıy bu ölkənin təhlükəsizlik məmurları tərəfindən Moskvada həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2018 05:30 Asia/Baku
  • Rusiya müxalifətinin lideri həbs olunub

Rusiya dövləti müxaliflərinin lideri Aleksey Navalnıy bu ölkənin təhlükəsizlik məmurları tərəfindən Moskvada həbs olunub.

Navalnıy Moskvanın Danilovskiy rayonunun polis mərkəzində həbsdədir.

Navalnıy ötən cümə axşamı günü Rusiyanın yeni pensiya qanunu layihəsinə etiraz üçün çağırış vermişdi.

Aleksey Navalnıy həmçinin Youtube-də yayılan bir videoçarxda öz tərəfdarlarından istəyibdir ki, sentyabrın 9-da, Rusiyanın müxtəlif bölgələrinin qubernatorları və bələdiyyə başçılarının seçkiləri günündə Moskvada etiraz aksiyası keçirsinlər.