Rusiyanın iki hərbi gəmisi Aralıq dənizinə yola düşüb
Rusiya Aralıq dənizindəki eskadrasını gücləndirmək üçün, həmçinin ABŞ, Fransa və İngiltərənin puç bəhanələrlə Suriyaya ehtimal olunan hücumları ərəfəsində özünün iki hərbi gəmisini Aralıq dənizinə göndərib.
Rusiyanın müdafiə nazirliyi bildirib ki, bu iki gəmi Krımda yerləşən Sevastopol limanından Aralıq dənizinə yola düşüb.
Gözlənilir ki, bu gəmilər yaxın saatlarda Aralıq dənizindəki rus eskadrasına qoşulacaqlar.
Rus rəsmilər dünən ABŞ-ı və onun müttəfiqlərini Suriyanın İdlib məntəqəsində kimyəvi silahdan istifadə ittihamı ilə bu ölkəyə ehtimal olunan hücumdan çəkinməyə çağırıblar.
ABŞ, Fransa və İngiltərə 2018-ci ilin aprelində Dəməşqin Duma məntəqəsində şübhəli kimyəvi hadisənin ardınca sübut olunmamış "Suriya ordusunun həmin hadisədə əlinin olması" iddiası ilə bu ölkənin mövqelərinə qarşı raket hücumu etdilər.