Rusiya şimal qütbündə Amerika ilə mübarizəyə hazırdır
Rusiya federasiya şurasının təhlükəsizlik və müdafiə komissiyasının sədr müavini Moskvanın şimal qütbündə Vaşinqton ilə mübarizəyə hazır olduğunu bildirib.
Rusiya federasiya şurasının təhlükəsizlik və müdafiə komissiyasının sədr müavini Aleksey Kondratyev Amerikanın, özünün ikinci hərbi donanmasının Şimali Atlantikada fəaliyyətə başlaması qərarının elan olunmasının ardınca bildiribdir ki, Moskva şimal qütb dəniz yolunu müdafiə etməyə hazırlaşır.
Kondratyev əlavə edib: Amerikanın ikinci donanmasının Şimali Atlantikada fəaliyyəti Rusiyanın Şimal dənizi ilə əlaqəsini xətərə salır. Buna görə, Moskva Şimal dənizi yolunun və qütb ətrafındakı məntəqələrin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməlidir.
Şimal qütbünün əraziləri münbit neft və qaz ehtiyatlarına malikdirlər.