Avq 28, 2018 13:29 Asia/Baku
  • Moskva: ABŞ-ın Rusiyaya qarşı sanksiyaları cavabsız qalmayacaq

Rusiya xarici işlər nazirinin müavini vurğulayıb ki, Moskva Amerika sanksiyalarının yeni axınına mütləq cavab verəcəkdir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov dünən gecə deyib: Rusiya 7 ildən çoxdur ki, sanksiya şəraitindədir və daha bu sanksiyaların sayını itirib, lakin yeni sanksiyaların öhdəsindən gələcəkdir.

Ryabkov həmçinin deyib: Rusiya və bir çox digər ölkə ticarət mübadilələrində öz milli valyutasından istifadə edərək, sırf olaraq, Amerika bankları və dolları vasitəsilə ticarət mübadilələri həyata keçirməkdən xilas olmaq üzrə mexanizmə üz tutubdur.

Rusiya xarici işlər nazirinin müavini əlavə edib: Avropa ölkələri də özlərini Amerikanın təzyiqlər tətbiq etmək şərindən və bu ölkənin konkret siyasətlər diktə etməsindən xilas etməyə çalışırlar.

Ryabkov deyib: Moskvanın Amerikanın yeni sanksiyalarına cavabı barədə qərarı Rusiya prezidenti Vladimir Putin verəcəkdir.

Teqlər