Avq 29, 2018 09:08 Asia/Baku
  • Almaniya XİN başçısı: Avropa ABŞ-dan yan keçən ödəmə sistemini yaratmağı araşdırır
    Almaniya XİN başçısı: Avropa ABŞ-dan yan keçən ödəmə sistemini yaratmağı araşdırır

Almaniyanın xarici işlər naziri dünən bir daha Berlinin İrandakı alman şirkətlərinin fəaliyyətiə dəstək verdiyini vurğulayıb və deyib: Avropa Birliyi Amerikadan müstəqil şəkildə ödəmə sistemi qurmağı araşdırmaqdadır.

İRNA-nın verdiyi məlumata görə, Hayko Mas deyib: AB Vaşinqtonun İrana qarşı sanksiyalarının bərpasının əleyhinədir. 

Almaniyanın XİN rəhbəri 21 avqustda Avropanın nüvə sazişini himayə məqsədi ilə Amerikadan müstəqil şəkildə maliyyə sistemi qurmasını təklif etmişdir. 

Fransanın maliyyə naziri Bruno Le Mair da bazar ertəsi günü deyib: Avropa Troikası İran ilə maliyyə mübadilələr kimi hallarda öz ticarət müstəqilliyini təmin etmək məqsədi ilə Amerikadan müstəqil şəkildə maliyyə mübadilələri sistemini yaratmaq üzərində işləməkdədir. 

Amerika nüvə sazişindən çıxdıqdan sonra İrana qarşı təzyiqlər üçün geniş fəaliyyətə başlayıb. 

Teqlər