Avq 29, 2018 14:30 Asia/Baku
  • Amerika ölümlə nəticələnən silahlı insidentlər baxımından birinci ölkələr sırasında durur
    Amerika ölümlə nəticələnən silahlı insidentlər baxımından birinci ölkələr sırasında durur

Araşdırmalara görə, silahlı insident nəticəsində baş verən ölüm halları baxımından ABŞ dünya üzrə birinci ölkələr sırasında durur.

AP-nin verdiyi məlumata görə, 1990-2016-ci illərdə qeydə alınmış silahlı insidentlərin analizinin nəticələri göstərir ki, dünya üzrə silahlı insidentlər hər il 250 min insanın həyatına son qoyur. 

Bu araşdırmalara əsasən Amerika dünya üzrə silahlı insidentlərdə ölənlərin 50 faizini özünə aid edən 6 ölkədən biridir. 

Amerika 2016-ci ildə odlu silahla intihar halları baxımından ikinci yerdə dururdu amma silahlı insidentlərdə ölüm halları baxımından 20-ci yeri tutmuşdu. 

Hər il ABŞ-ın müxtəlif bölgələrində odlu silahdan istifadə nəticəsində minlərlə insan ölür və yaralanır. 

ABŞ dövləti və konqresinə güclü silah lobbisinin nüfuzu amerikan vətəndaşların silah daşımaya sərt qanunların təyin olunmasına dair tələblərinin qulaqardına vurulmasına səbəb olub. 

ABŞ prezidenti Donald Tramp bu ölkədə silah lobbisinin əsas himayədarlarından biridir. 

Teqlər