Avq 30, 2018 16:25 Asia/Baku
  • Makron: Avropa Rusiya ilə yeni təhlükəsizlik mexanizmi yaratmalıdır

Fransa prezidenti Avropanın Amerikadan təhlükəsizlik istiqlaliyyətinin qorunmasını vurğulayaraq, deyib ki, Avropa Birliyi Rusiya ilə birgə təhlükəsizlik mexanizmi yaratmaq fikrində olmalıdır.

Emmanuel Makron Finlandiya prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransında vurğulayıb: Stabillik yaratmaq üçün bizə yaxın ölkələr olan Türkiyə və Rusiya ilə strateji əlaqələr qurmaq bizim xeyrimizədir.

Fransa prezidenti bazar ertəsi günü bu ölkənin səfirləri qarşısındakı çıxışında da belə söyləmişdi: Avropa daha öz təhlükəsizliyini təmin etmək üçün Amerikaya söykənə bilməz, zira müvazinət və mövqelər dəyişibdir. Buna görə, Avropa da münasib mövqe tutmalıdır.

Avropa-Amerika əlaqələri Donald Trampın ABŞ prezidenti olması zamanından bəri Amerikanın nüvə anlaşmasından və Paris İqlim Sazişindən çıxması, həmçinin iki tərəfin NATO-nun büdcəsi və gömrük rüsumları barədəki ixtilafları kimi məsələlər üstündə kəskinləşibdir.

Teqlər