Sen 02, 2018 17:08 Asia/Baku
  • Amerikan valideynlər nigarandırlar
    Amerikan valideynlər nigarandırlar

Amerikada yüzlərlə valideyn yeni təhsil ilinin başlanması ərəfəsində Amerika məktəblərində təhlükəsizliyin olmadığına görə övladlarına güllə keçirməyən çantalar alıblar.

İSNA-nın verdiyi məlumata görə, Amerikada dövlət məktəblərinə ümumi baxış sahəsində keçirilən rəysorğularının nəticələri göstərir ki, valideynlərin 34 faizi məktəblərdə övladlarının təhlükəsizliyindən nigarandırlar. 

Bu məlumata görə, məktəblərdə zorakılıqlar məktəblilərin ehtimal olunan atışmalarda mühafizəsini təmin edən məhsullar satan şirkətlərin satışının gözə çarpacaq dərəcədə artmasına səbəb olub. 

ABŞ məktəblərində təhlükəsizlik şəraiti o qədər nigaran edicidir ki, ABŞ prezidenti Donald Tramp ciddi etirazlara səbəb olan bir qərarda müəllimlər və məktəb işçilərini atışmalarla qarşılaşmaq üçün odlu silahdan istifadə yollarını təlim etməyə təşviq etdi. 

Statistikalara görə, sadəcə cari milad ilində ABŞ məktəblərində 28 atışma hadisəsi baş verib.

Teqlər