Lavrov Amerikanı kəskin qınayıb
Rusiyanın Xarici İşlər Naziri Vaşinqtonun birtərəfli siyasətlərini qınayaraq ABŞ-ın İran ilə rəftarını qeyri-peşəkar və real baxışdan uzaq adlandırıb.
Rusiya XİN başçısı Sergey Lavrov dünən gecə Rusiyanın 1-ci telekanalına verdiyi açıqlamada deyib: Amerikanın İrana qarşı mövqeləri reallıqdan uzaqdır, İran neçə min illik tarixə və 80 milyondan çox əhaliyə malik olaraq regionda həmişə və hərhansı digər ölkə kimi öz mənafelərinə malikdir.
Rusiya xarici işlər naziri deyib: ABŞ İrana qarşı qəbulolunmaz mövqelər turub və bu kimi mövqelər reallaşa bilməz ona görə ki, İranın həmişə hörmət edilməli olan mənafeləri olacaq.
Lavrov deyib: Amerika dollardan cəzalandırmaq istədiyi ölkələrə qarşı təzyiq vasitəsi kimi faydalanır.
ABŞ dövləti mayın 8-ci İran ilə imzalanmış beynəlxalq nüvə sazişindən birtərəfli qaydada çıxdı və avqustun 7-dən etibarən İrana qarşı nüvə sanksiyalarının ilk mərhələsinin icrasına start verdi.
Neft sanksiyalrını da əhatə edən bu sanksiyaların ikinci mərhələsi noyabrın 4-də başlanacaq.
Buna baxmayaraq Amerikanın avropalı müttəfiqləri o sıradan Britaniya, Almaniya və Fransa açıq-aşkar şəkildə Amerikanın anti-İran sanksiyalarına qarşı çıxır və nüvə sazişinin qorunub-saxlanılmasını vurğulayır İranla ticarət əlaqələrinin davam etdirilməsi üçün səy göstərir.