Fransa Ərrəyada silah satışını dayandırsın
https://azeri.sahartv.ir/news/dünya-i321921-fransa_Ərrəyada_silah_satışını_dayandırsın
16 hüquq müdafiə təşkilatı dünən Fransa prezidenti Emanuel Makrona məktub ünvanlayaraq, Səudiyyə Ərəbistanına silah satışını tezliklə dayandırmasını istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2018 05:59 Asia/Baku
  • Fransa Ərrəyada silah satışını dayandırsın
    Fransa Ərrəyada silah satışını dayandırsın

16 hüquq müdafiə təşkilatı dünən Fransa prezidenti Emanuel Makrona məktub ünvanlayaraq, Səudiyyə Ərəbistanına silah satışını tezliklə dayandırmasını istəyiblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, sözü gedən hüquq müdafiə təşkilatları Fransa prezidentini Səudiyyə Ərəbistanının Yəmənə qarşı törətdiyi cinayətləri açıq-aşkar pisləməyə çağırıblar. 

Beynəlxalq təşkilatlar və hüquq müdafiə qurumları indiyədək dəfələrlə Fransa və Səudiyyə rejiminə dəsətk verən digər dövlətləri Ərrəyada silah ixracatını dayandırmağa çağırmışlar. 

Ali-Səud rejimi 2015-ci ilin martında ABŞ-ın dəstəyi ilə bir sıra ərəb ölkəsi ilə birlikdə Yəmənə qarşı güniş hücumlara başladı. Ərəbistan bu hücumun Yəmənin istefada olan prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq məqsədi daşıdığını iddia edir. Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hücumları indiyə kimi on minlərlə günahsız insanın ölməsi və  yralanmasına, milyonlarla insanın didərgin düşməsinə səbəb olub. 

Bu təcavüz nəticəsində həmçinin Yəmən ərzaq və dərman çatışmazlığı ilə üz-üzədir.